• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadənin nəvəsi və tarixçi alim Prezidentə müraciət etdilər - MƏTN

Rəsulzadənin nəvəsi və tarixçi alim Prezidentə müraciət etdilər - MƏTN
29.05.2020 02:11
Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, tarix elmləri doktoru Nəsiman Yaqublu və M.Ə.Rəsulzadənin nəvəsi, rəssam-pedaqoq Rais Rəsulzadə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Modern.az saytı xəbər verir ki, müraciətdə qeyd edilib:

”Hörmətli cənab Prezident! Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuş, görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı 2013-cü ildə sərəncam vermiş və onun Azərbaycan tarixində önəmli rolu olduğunu qeyd etmişdiniz. Təəssüflər ki, bəzi dövlət məmurları və Milli Məclisin üzvləri tərəfindən M.Ə.Rəsulzadəyə qarşı təhqiramiz ifadələr və münasibətlər davam etməkdədir. Gəncə şəhərində onun büstünün bu günə qədər təhqiredici görkəmdə saxlanılması, Bakı Dövlət Universitetinin qarşısında "burada ona heykəl qoyulacaq” sözləri yazılmış daş lövhənin 20 ildən çox orada olması və nəticədə heç bir işin görülməməsi yalnız M.Ə.Rəsulzadəyə qarşı ögey münasibəti sərgiləmir, eyni zamanda Azərbaycan dövlətinin imicinə, şəxsən bir dövlət başçısı olaraq Sizə də problem yaradır. Son günlərdə Milli Məclisə yeni seçilmiş bir deputatın M.Ə.Rəsulzadə adına təhqiramiz ifadələr işlətməsi də bağışlanılmazdır. Və heç kim də təminat vermir ki, bu hadisə bir də təkrarlanmayacaq (unutmayaq ki,bundan əvvələr də belə yanaşmalar az olmayıb). 
M.Ə.Rəsulzadəyə qarşı olan bu münasibətin həll edilmədiyini nəzərə alıb, aşağıdakı təkliflərimizi diqqətinizə çatdırır və reallaşdırmağınızı xahiş edirik:
1) M.Ə.Rəsulzadənin hüquqlarının dövlət səviyyəsində qorunması təmin edilsin;
2) Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu kimi tarixdə qəbul edilmiş xüsusi statusu hüquqi əsaslarla təsbit edilsin;
3) Gəncədəki büstü, Bakıda  abidəsi  qoyulacaq yer  dövlətin nəzarətinə götürülsün,orada işlər yekunlaşsın, təhqiramiz vəziyyətdə saxlanılmasın;
4) Ali və orta məktəblərdə M.Ə.Rəsulzadənin və onun digər silahdaşlarının fəaliyyəti daha geniş təbliğ edilsin;

Cənab Prezident!

İnanırıq ki, bu problemin həllinə diqqətli olacaq və Azərbaycan tarixinin yaradıcı şəxsiyyətlərinə sayğılı münasibət göstərəcəksiniz.

Hörmətlə,

Nəsiman Yaqublu, tarix elmləri doktoru,"Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri

Rais Rəsulzadə, Rəssam-pedaqoq, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol