• $
  • €
  • ₽
  • ₺
  • £

General Aydəmirov rüşvət ittihamlarını rədd etdi

General Aydəmirov rüşvət ittihamlarını rədd etdi
04.12.2015 17:28
Beynəlxalq Transparency İnternational təşkilatı tərəfindən şübhə doğuran mənbələrə əsaslanaraq hazırlanan məruzədə Azərbaycanın müdafiə sektorunun guya "ən yüksək riskli korrupsiya” ilə üzləşməsinə dair çıxarılan nəticənin heç bir əsası yoxdur və bu məlumat adı çəkilən qurumun ölkəmizə qarşı qərəzli mövqedə olmasını açıq-aydın əks etdirir.

Bu barədə Oxu.Az-a hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun sözlərinə görə, erməni lobbisi ilə sıx əməkdaşlıq edən və müxtəlif erməni təşkilatlarının maliyyə dəstəyindən məmnuniyyətlə bəhrələnən bir təşkilatın Azərbaycan haqqında böhtan xarakterli sənəd yayması heç də təəccüblü deyil.

"Özü korrupsiyaya qurşanmış bir təşkilatın müxtəlif ölkələrdə korrupsiya risklərindən danışması, onun yaydığı sənədi və təşkilatın şəffaf və ədalətli olmasını da şübhə altına alır.

Azərbaycanda müdafiə sektorunda şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı üzrə tədbirlər həyata keçirilir.

İlk növbədə hər iki planın Azərbaycan Respublikasının Silahlı Qüvvələrində icrasının təmin edilməsi barədə Müdafiə naziri tərəfindən müvafiq əmr verilərək tədbirlər planları təsdiq olunub.

Eyni zamanda görülən işlər barədə Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlar təqdim edilir.

Bundan əlavə Müdafiə Nazirliyi öz fəaliyyəti haqqında xəbərləri mütəmadi olaraq nazirliyin rəsmi internernet səhifəsinə yerləşdirməklə kütləvi informasiya vasitələrini və ictimaiyyəti ətraflı məlumatlandırır.

Təəssüf doğuran odur ki, bəzi kütləvi informasiya vasitələri başda "Azadlıq” qəzeti və saytı olmaqla bu cür qərəzli məlumatları səxavətlə öz səhifələrində dərc edir, itkilərimizə sevinir, erməni saytlarının məlumatlarını tirajlayır. Əsası isə reallığı, yəni əldə edilən uğurları görmür, ya da ki, onlara sərf etmədiyi üçün görmək istəmirlər.

Bir daha qeyd edək ki, xalqın gözü tərəzidir və son illər ictimai təşkilatlardan, vətəndaşlardan, əsgər valideynlərindən daxil olan minnətdarlıqla dolu on minlərlə yazılı müraciətlər Ali Baş Komandanın rəhbərliyi altında aparılan uğurlu ordu quruculugu prosesinin düz yolda, düz istiqamətdə olduğunu, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinə xidmət etdiyinin əyani sübutudur”, - deyə, ehtiyatda olan general-leytenant bəyan edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol