• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Ələsgərov: “Gələn il daha iki "ASAN xidmət" açılacaq"

Fuad Ələsgərov: “Gələn il daha iki "ASAN xidmət" açılacaq"
04.12.2015 23:38
Həmin mərkəzlər Qəbələ və Masallı rayonlarında açılacaq”

"Gələn il daha iki "ASAN xidmət" mərkəzi istifadəyə veriləcək. Həmin mərkəzlər Qəbələ və Masallı rayonlarında açılacaq”. 

"Report" xəbər verir ki, bunu "ASAN Könüllüləri"nin II Ümumrespublika Forumunda Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov deyib. 

O bildirib ki, "ASAN xidmət" konsepsiyası çox qısa müddətə uğurları ilə özünü doğruldub: "Bu uğurlar həm ölkə vətəndaşları tərəfindən, həm də beynəlxalq səviyyədə göstərilən münasibətdə özünü göstərir. Bu gün Azərbaycanda 9 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzlərinin olmadığı rayonlarda "Səyyar ASAN xidmət" fəaliyyət göstərir. Bu xidmət tərəfindən bu günə qədər 350 mindən artıq əhaliyə xidmət göstərilib. Bu müddətdə "ASAN xidmət"in yeniliklərindən biri də "ASAN Könüllüləri"lə bağlı olub. Bu müddət ərzində 6 min gənc könüllülər məktəbindən keçib. Onlardan 650 könüllü "ASAN xidmət" mərkəzlərində öz fəaliyyətlərini davam etdirir. Qazanılan təcrübələr sayəsində 529 könüllü dövlət orqanlarında işlə təmin olunub. Onlar əsasən Ədliyyə, Daxili İşlər, Vergilər nazirliklərində, bank və sığorta şirkətlərində işlə təmin ediliblər”, - Fuad Ələsgərov bildirib.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol