• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən cəbhədə yaranmış son vəziyyətlə bağlı - AÇIQLAMA

XİN-dən cəbhədə yaranmış son vəziyyətlə bağlı - AÇIQLAMA
05.12.2015 15:39
Belqradda ATƏT-in 22-ci nazirlər Şurasının iclasının keçirildiyi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərinin təşkil olunduğu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həlli ilə əlaqədar xarici işlər nazirləri səviyyəsində bəyanatla çıxış etdikləri dövrdə Ermənistan bu kimi təxribat əməlləri ilə qəsdən vəziyyəti gərginləşdirərək, hər bir vəchlə danışıqlar prosesini pozmaq, münaqişənin həllində irəliləyişə nail olunmasına imkan verməmək, qeyri-davamlı və qəbuledilməz olan status kvonu saxlamaq məqsədi güdür.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev son günlər cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Ermənistan tərəfindən təxribat-diversiya əməllərinin törədilməsi, iriçaplı silahlar, minaatan, qumbaratan və digər ağır atəş vasitələri tətbiq edilməklə, atəşkəs rejiminin intensiv şəkildə pozulması həyata keçirilir. Ermənistan tərəfinin qəsdən törətdiyi məsuliyyətsiz və hərbi avantüra xarakterli əməllərin nəticəsində son bir neçə gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin 2 nəfər hərbi qulluqçusu şəhid olub, 2 nəfər isə yaralanıb.

XİN sözçüsü bildirib ki, eyni ssenari üzrə rəsmi Yerevan 2014-cü ilin noyabrında Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə keçirilmiş Azərbaycan və Ermənistan Prezidentlərinin görüşündən dərhal sonra təxribatçı məqsədlərlə Azərbaycanın işğal olunmuş ərazilərində 46.000 şəxsi heyətin və 5000 ədəddən artıq texnikanın iştırakı ilə genişmiqyaslı hərbi təlim keçirərək, məlum helikopter insidentinin baş verməsinə rəvac verdi.

H.Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həllinə başlıca maneə olaraq, vəziyyətin gərginləşməsinə və insidentlərin baş verməsinə xidmət edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Əks təqdirdə, təcavüzkar və işğalçı dövlət kimi yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol