• $
  • €
  • ₽
  • ₺
  • £

Dərs buraxan şagirdlərin valideynləri cərimələnəcək

Dərs buraxan şagirdlərin valideynləri cərimələnəcək
06.12.2015 13:00
Azərbaycanda dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə şagirdlərin valideynlərini 100 manat miqdarında cərimələyəcək orqanlar müəyyənləşdirilib.
 
APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 32-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2015-ci il tarixli fərmanında əksini tapıb.
 
Fərmana əsasən, bu xarakterli inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxacaq.
 
Qeyd edək ki, Milli Məclis dekabrın 4-də İnzibati Xətalar Məcəlləsində dəyişiklik barədə qanun qəbul edib. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə 51.1-1. Maddəsi əlavə edilib. Həmin maddədə qeyd edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər yüz manat miqdarında cərimə ediləcək.
 
Fərmanda Nazirlər Kabinetinə dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə inzibati cəriməni istisna edən səbəbləri müəyyən etmək də tapşırılıb.
 
 



Sosial səhifələrdə paylaş










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol