• $
  • €
  • ₽
  • ₺
  • £

Baş direktor: "Hazırda xəstəxanada olan 9 nəfərin səhhəti sabitdir"

Baş direktor: "Hazırda xəstəxanada olan 9 nəfərin səhhəti sabitdir"
07.12.2015 10:47
 ""Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 9 nəfərin səhhəti sabitdir". 

Bunu "Report"a açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli deyib. 

O qeyd edib ki, xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur və bütün müalicələri lazımi şəkildə alırlar: "Xəstələrdən yalnız bir nəfər əməliyyat olunub ki, o da özülün rəisi Allahverdi Məmmədovdur. Onun da vəziyyəti normaldır". 

Baş direktorun sözlərinə görə, dekabrın 6-da daha bir xəstə-1976-cı il təvəllüdlü İsmayıl Mehdiyev ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, lakin özünü pis hiss etdiyindən yenidən xəstəxanaya qaytarılıb: "İsmayıl Mehdiyev xəstəxanada olanda biz ona təklif etmişdik ki, burada qalsın. Ancaq o, təkidlə istədiyindən evə getməsinə razılıq verməyə məcbur olduq. Hazırda səhhətində ciddi problem yoxdur. Şok vəziyyətində olduğuna görə bir az qorxmuşdu Sadəcə nəzarət altında olması üçün xəstəxanada qalması məsləhət görülüb".

L.Seyidbəyli qeyd edib ki, xəstəxanadan evə buraxılan 21 nəfər dekabrın 7-də yenidən müayinə gələcək: "Çünki onlar bizim xəstəxananın poliklinikasında qeydiyyatdadır". 
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol