Əfv Komissiyası toplaşdı - Böyük əfvetmə olacaq

Modern.az saytının əldə etdiyi məlumata görə, bir qədər öncə Prezident yanında Əfv Məsələləri Komissiyası iclasa toplaşıb. İclasda əfvlə bağlı müraciətlər və bununla əlaqədar digərə məsələlər müzakirə olunur.
Komissiyanın adının çəkilməməsini istəyən üzvü Modern.az-a bildirib ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Azərbaycan Prezidenti tərəfindən əfv sərəncamı imzalanacaq. Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























