• $
  • €
  • ₽
  • ₺
  • £

"Biz məktəb və valideynlərimizi birləşdirməliyik" - Nazirlik rəsmisi

"Biz məktəb və valideynlərimizi birləşdirməliyik" - Nazirlik rəsmisi
07.12.2015 20:55
"Azərbaycan məktəblərində valideyn ruhunun istisi hiss olunmalıdır”  - Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Bakıdakı 60 saylı təhsil müəssisəsində məktəb icmalarının yaradılması ilə bağlı keçirilən tədbirdə valideyn-məktəb təmasının vacibliyindən danışıb. 

ANN.Az xəbər verir ki, sektor müdiri valideynlərlə məktəblər arasında isti münasibətlərin yaradılmasında Təhsil Nazirliyinin maraqlı olduğunu deyib: "Biz məktəb və valideynlərimizi birləşdirməliyik. Çünki ata-analarımız öz istiliklərini təhsil müəssisələrinə əxz etdirməlidirlər ki, uşaqlar məktəbə doğma baxa bilsin, özlərini ailə ortamında hiss etsinlər. İstəyirik ki, 60 saylı orta məktəbdə yaradılan bu icma bizim uğurlu simamız, təcrübə qaynağımız, örnəyimiz olsun. Bundan sonra bu nümunəni bütün Azərbaycanda yaya bilək. Əsas məqsədimiz bundan ibarətdir”. 

C.Valehov uğurlu nəticənin yaranması üçün qarşılıqlı ünsiyyətin qurulmasını vacib hesab edib: "Bunun üçün də bu istiqamətdə əyər-əskiklərimizin, nələrin çatıb-çatmadığını bilməli, bunları aradan qaldırmaq üçün qarşılıqlı surətdə müzakirə etməliyik. Bu layihə ilə bağlı müzakirələr zamanı dünya praktikasını da araşdırdıq. Bəlli oldu ki, təhsilin keyfiyyətini artırmağın ən yaxşı yollarından biri məktəblərdə ailə sıcaqlığının yaradılmasıdır. Bunun üçün də elə etməliyik ki, Azərbaycan məktəbləri valideynlərlə qarşılıqlı surətdə, həm də yüksək səviyyədə işləyə bilsin. Bu işdə əməyi olan bütün valideynlərdən istəyimiz budur ki, bu özülün qoyulmasında öz köməkliklərini əsirgəməsinlər”.

Sektor müdiri onu da vurğulayıb ki, bəzən məktəb-valideyn münasibətlərinə ayrı don geyindirənlər də olur: "Məsələn, məktəbə köməklik göstərən, yardım edən valideynlərə başqa cür baxırlar. Bütün dünyada, elə ABŞ-da da, İngiltərədə də valideynlər məktəblərə müxtəlif ianələr verirlər. Bu o demək deyil ki, burada başqa nəsə var. Niyə biz bunu valideynin məktəbə bir yardımı kimi qəbul etməyək?!”

Qeyd edək ki, bu gün Bakıdakı Paşa Nəzərov adına 60 saylı orta məktəbdə Təhsil Nazirliyi növbəti pilot layihəsinə başlayıb. Bununla əlaqədar təşkil olunan tədbirdə məktəb icmalarının yaradılması, onun məqsədi, istiqamətləri haqqında məlumat  verilib. 

Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol