• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gələn ildən uşaqlara yeni peyvənd vurulacaq

Azərbaycanda gələn ildən uşaqlara yeni peyvənd vurulacaq
08.12.2015 09:24
Azərbaycanda gələn ildən uşaqlar üçün yeni peyvənd tətbiq olunacaq.
 
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, Azərbaycanın milli peyvənd təqviminə inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin əlavə edilməsi nəzərdə tutulur. Bu vaksin 6 ayı tamam olan uşaqlara bir dozada vurulacaq. Bu ilin sonunadək vaksinin Azərbaycana gətirilməsi, gələn ilin ilk aylarında vaksinin peyvənd təqviminə daxil edilməsi nəzərdə tutulur.

Hazırda uşaqlara 2, 3 və 4 aylıqda vurulan poliomielitə qarşı peyvəndə gəldikdə, A.Əliyeva deyib ki, bu, oral (damçı) poliomielit vaksinidir və onun istifadəsi davam edəcək: "Amma 3 valentli oral poliomielit vaksinindən gələn ilin aprel ayında iki valentli vaksinə keçid olacaq. Həmin oral poliomielit vaksinin də aparılması davam etdiriləcək. Uşaqlara bununla yanaşı, bir doza inaktivləşdirilmiş poliomielit vaksini də vurulacaq. Bu, dünyada poliomielitin qlobal ləğvi ilə əlaqədar tədricən oral poliomielit vaksininin istifadəsinin tam dayandırılması ilə əlaqədardır. Yəni, 3 valentli vaksindən 2 valentli vaksinə keçid olacaq. 2018-ci ildən sonra ola bilər ki, damçı oral poliomielit vaksinlər tamamilə yığışdırılsın və tamamilə inaktivləşdirilmiş poliomielit vaksininə, yəni inyeksiya vasitəsilə vurulan vaksinə keçid olsun”.

A.Əliyeva əlavə edib ki, Azərbaycanda 1996-cı ildən sonra poliomielit xəstəliyi qeydə alınmır. 2002-ci ildə Azərbaycan poliomielitdən azad statuslu region adını alıb: "Ətraf mühitdə vəhşi poliovirus yoxdur. Oral poliomielit vaksini vəhşi poliovirusun ləğvinə yönəldilmiş bir vaksindir. Bütün dünyada 1999-cu ildən 2-ci tip poliovirus qeydə alınmır. Hazırda Əfqanıstan və Pakistanda bu virus var. Həmin ölkələrdə də bu virus tam ləğv olunduqdan sonra bütün dünya poliomielitin qlobal ləğvi haqqında danışacaq. Ondan sonra bu oral poliomielit vaksininin istifadəsinə ehtiyac qalmayacaq. Lakin virusun tam ləğvindən sonra da uşaqların polioviruslardan qorunması üçün inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin tətbiq ediləcək”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol