Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycan türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 28 yaşlı Əşrəf Taş vergidən yayınma və qanunsuz sahibkarlıqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Əşrəf Taş Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, son vaxtlar Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.//APA
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























