• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarış davam edəcək

SOCAR: İtkin düşmüş sonuncu neftçi tapılana qədər axtarış davam edəcək
08.12.2015 20:59
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada və "Neft daşları" yatağında itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq, bu gün saat 20:00-a olan məlumata görə nəticə əldə olunmayıb. 

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. 

O qeyd edib ki, bütün gün axtarışlar davam etdirilib və itkin düşmüş sonuncu neftçi tapılana qədər axtarışlar davam etdiriləcək. "Proqnozlara görə, sabah küləyin sürəti qalxacaq. Küləyin sürətindən asılı olaraq, təbii şəraitin imkan verdiyi dərəcədə axtarışlar davam edəcək. Ümidimizi üzmürük, axtarışları davam etdirməliyik. Sonuncu neftçi tapılana qədər axtarışlar davam edəcək".

N,Quliyev "Günəşli" yatağında yanğının söndürülməsi ilə əlaqədar işlərin davam etdirildiyini qeyd edib. Onun sözlərinə görə, bu gün rabitə və elektrik enerjisinin bərpası ilə əlaqədar addımlar atılıb. Şirkətin mətbuat xidmətinin rəhbəri SOCAR prezidenti Rövnəq Abdullayevin hazırda qərargahda işlədiyini də bildirib.

"Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov isə deyib ki, hava şəraiti kəskinləşdikdə belə böyük gəmilər yanğının söndürülməsi işini davam etdirəcək. Onun sözlərinə görə, bu məqsədlə iki "Vixr" gəmisi və "Topaz" gəmisi işləyəcək. B.Ağarəhimov həmçinin "Günəşli" yatağında yanğının söndürülməsi üçün dəvət olunan xarici mütəxəssislərin işindən də danışaraq qeyd edib ki, ABŞ-ın "Boots&Coots" şirkətinin mütəxəssisləri öz texnikalarını cəlb edəcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol