• $
  • €
  • ₽
  • ₺
  • £

Nardarana elektrik enerjisinin verilişi bərpa edildi

Nardarana elektrik enerjisinin verilişi bərpa edildi
08.12.2015 19:24
Bakının Nardaran qəsəbəsində elektrik enerjisinin verilişi bərpa edilib.
 
Bu barədə APA-ya qəsəbə sakini Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, bu gün axşamdan qəsəbənin küçə və meydanlarına elektrik enerjisi verilib: "Əhaliyə isə hələlik elektrik enerjisi verilmir. Deyilənə görə, yaxın günlərdə əhaliyə də elektrik enerjisinin verilişi bərpa ediləcək”.
 
Digər Nardaran sakinləri isə APA-ya bildiriblər ki, artıq evlərə də işıq verilib. Belə ki, fərdi qaydada müraciət edib, "Azərişıq” ASC ilə yeni şərtlər əsasında müqavilə bağlayan sakinlərin elektrik enerjisi ilə təchizatı bərpa olunub. 
 
Xatırladaq ki, ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev bir müddət əvvəl APA-ya açıqlamasında qəsəbədə yenidən SMS tipli sayğacların quraşdırılmasına başlanıldığını bildirib. "Hər bir abonentlə fərdi qaydada xüsusi müqavilə bağlanaraq sayğaclara yüklədikləri vəsait əsasında elektrik enerjisi ilə təchiz ediləcəklər. Bütün yuxarıda qeyd olunan tədbirlərin icrasına nəzarət təmin etmək üçün xüsusi qərargah yaradılıb. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı qərargaha müraciət edə bilərlər”, - deyə qurum rəsmisi qeyd edib.
 
T. Mustafayev deyib ki, yeni şərtlərə əməl edən Naradaran sakinləri elektrik enerjisi ilə təchiz olunacaqlar.
 
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir. Qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib. Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.
 
Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol