""Elm haqqında" qanun layihəsinin təkmilləşdirilməsinə ehtiyac var"

"Elm haqqında" qanun layihəsinin yeni redaksiyada müəyyən düzəlişlər edilməklə hazırlanması, təkmilləşdirilməsi zərurəti var.
Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında bildirib ki, əsas məqsəd "Elm haqqında" qanun layihəsini təkmilləşdirərək parlamentin yaz sessiyasına 2-ci oxunuşa təqdim etməkdir: "Layihədə səpələnmiş qaydada müddəalar var. Burada daha konkret müddəalar yer almalıdır".
İ.Həbibbəylinin sözlərinə görə, layihədə elmin prioritetləri öz əksini tapıb və 1-ci oxunuşda bir konsepsiya kimi qəbul edilib.
Müasir dövrdə Azərbaycan elminin qarşısında yeni vəzifələrin qoyulduğunu deyən komitə sədri qeyd edib ki, Azərbaycan dövlətinin bundan sonra elmi əsaslara uyğun olaraq inkişaf etməsi məsələləri də layihəyə daxil edilməlidir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib