• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvandakı “Göy məscid” İrana verildi

İrəvandakı “Göy məscid” İrana verildi
10.12.2015 14:21
Ermənistan hökumətinin qərarı ilə İrəvanda 1766-cı ildə tikilən "Göy məscid” və onun ərazisi dekabrın 10-dan bu ölkənin Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçir. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, məscid tarixi və mədəni daşınmaz abidələrin dövlət reyestrinə də daxil ediləcək.

Məlumatda qeyd edilir ki, dövlət qeydiyyatından sonra abidənin mülkiyyət hüququ və ərazisi İran İslam Respublikasının Ermənistandakı səfirliyinə veriləcək. Bundan başqa, məsciddən istifadə ilə bağlı 99 illik müqavilə də bağlanacaq.

Məscidin binası mədəni mərkəz kimi istifadə ediləcək.

"Göy məscid” hazırda Ermənistanın paytaxtında qalmış yeganə ibadətgahdır. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Azərbaycanın memarlıq nümunələrindən biri olan bu məscidin eni 66, uzunluğu 92,2 metrdir. "Göy məscid” İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür. Bu ziyarətgah çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi.
Məscid 28 hücrə, kitabxana, ibadətgah və 3 həyətdən ibarətdir. Ümumilikdə, məscid 7000 kv.metrlik  ərazidə yerləşir. İkinci Dünya Müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildən məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918- ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb.

"Göy məscid” 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməkliyi ilə  bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzinə çevrilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol