• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlara ən çox verilən 50 addan 40-ı ərəb və fars mənşəlidir - SİYAHI

Uşaqlara ən çox verilən 50 addan 40-ı ərəb və fars mənşəlidir - SİYAHI
10.12.2015 15:49
Azərbaycanda ən çox qoyulan adlar arasında yer alan Amin yəhudi sözüdür

Son beş ildə Azərbaycanda uşaqlara daha çox Yusif, Zəhra, Nuray, Fatimə, Əli, Hüseyn, Aylin, Ayan, Məhəmməd, Zeynəb, Ömər, Murad, Xədicə, Fidan, Leyla, Məryəm, Gülay, Ayxan, Mədinə, İbrahim, Mələk, Kənan, Nihad, Nəzrin, Tunar, Dəniz, Uğur, Fərid, Aysu, Həsən, İsmayıl, Nərmin, Yağmur, Səma, Emil, Ramal, Ümid, Rəsul, Aydan, Nicat, Ləman, Nigar, Nihat, İnci, Amin, Nurlan, Rəvan, Aytac, Nərgiz, Aysun, Sadiq, Səid, Mehdi, Əsma, Elmir adları verilib.
"Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, qeyd olunan 50-dən yuxarı adın əksəriyyəti (41-i) ərəb və fars mənşəli adlardır.

Belə ki, həmin adlardan Yusif, Nuray, Fatimə, Əli, Hüseyn, Məhəmməd, Zeynəb, Ömər, Murad, Xədicə, Leyla, Məryəm, Mədinə, İbrahim, Mələk, Kənan, Nihad, Nəzrin, Fərid, Həsən, İsmayıl, Nərmin, Səma, Emil, Ramal, Rəsul, Nicat, Ləman, Nigar, Nihat, İnci, Amin, Nurlan, Rəvan, Aytac, Nərgiz, Sadiq, Səid, Mehdi, Əsma, Elmir, yəni 40-dan çoxu ərəb və fars mənşəli sözlərdir.
Bu adların arasında çin ( İnci), yəhudi mənşəli adlar da yer alıb. Bir neçə ad isə Azərbaycan sözü ilə ərəb, fars mənşəli sözlərin və ya şəkilçilərin birləşməsi ilə yaranıb.

50-dən yuxarı adın içərisində çox az sayda türk mənşəli adlar yer alıb ki, onların da əksəriyyəti "Ay" sözü ilə başlayır, Tunar, Aysun kimi adların isə ümumiyyətlə, mənası göstərilmir.

Qeyd edək ki, bəzən mənasına əhəmiyyət verilmədən qoyulan adların arasında gözəl mənalı olmaqla yanaşı, həddən artıq mənasız adlar da var.

Məsələn, Nərgiz adı yunanca "narsis" – mat qalmış, şaşqın olmuş mənasını verir. Qədim yunan əfsanəsi ilə bağlı ağ, sarımtıl çiçəkləri olan xoş ətirli gül adıdır.

Bütün Şərq xalqlarında Nərgiz yalnız qadın adı kimi işləndiyi halda, Qərb xalqlarında, həmçinin ruslarda bu ad (Nartsis) kişi adı kimi işlənir.

Düzəltmə ərəb mənşəli Elmir adının mənası isə, "ələmir, ələmirə" sözlərindən olub, "əmirə məxsus olan" deməkdir.

Ərəb mənşəli Rəsmiyyə sözü hökumət tərəfindən verilmiş rəsmi qərar, Namiq yazıçı, katib, Ramal sözü isə fal mənasını verir. Bu cür misalları onlarla göstərmək olar.

Onu da qeyd edək ki, Zəhra sözü fars mənşəli sözdür və od, məcazi mənada igidlik, cəsarət mənasını verir. Həsən sözü isə gözəl, göycək mənalarını verir.

Azərbaycanda ən çox qoyulan adlar arasında yer alan Amin sözü yəhudi mənşəlidir. Mənası isə "Ay Allah, qəbul et" deməkdir.  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol