• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəbələ" azarkeşlərinə xəbərdarlıq edildi

"Qəbələ" azarkeşlərinə xəbərdarlıq edildi
29.05.2020 02:21
"Bakı Metropoliteni" QSC Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda "Qəbələ" və Rusiya "Krasnodar"ı arasında keçiriləcək oyunu stadiondan izləyəcək azarkeşlərə xəbərdarlıq edib.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a bildirib ki, metro stansiyalarının qapıları gecə saat 00:30-a qədər açıq olacaq.

Onun sözlərinə görə, "Qəbələ" klubunun müraciəti müsbət dəyərləndirilsə də, azarkeş sayı az olacağı təqdirdə, iş vaxtı göstərilən müddətdə başa çatacaq: "Stadionda olan hüquq-mühafizə əməkdaşları ilə də əlaqədə olacağıq. Say az olarsa, artıq işləməyə ehtiyac yoxdur. Ancaq kütlə çox olacağı təqdirdə 23 stansiyanın hamısı saat 01:30-dək də işləyə bilər. Keçən dəfə də klub müraciət etmişdi və müsbət cavablandırmışdıq. Saat 01:00-dək işləyəcəyimizi demişdik. Amma saat 00:30-dək 50-yə yaxın adam gəldi və biz də qapıları bağladıq. Keçən oyunda bir neçə jurnalist 1-ə qalmış gəlib və onları içəri buraxmayıblar. Bu da iş vaxtının bitməsi ilə əlaqədardır. "Qarabağ"ın oyununda da işləyirik. Orada söhbət 15-20 mindən gedir. Ancaq 40-50 nəfərə görə, metronu 1 saat əlavə işlətmək lüzumsuzdur. Həmişə avrokuboklarda çıxış edən klublara dəstək olmuşuq. Nə vaxt müraciət ediblərsə, müsbət cavablandırmışıq".

Klubun baş meneceri Zaur Əzizov isə "Report"a açıqlamasında məsələyə bu cür münasibət bildirib: "Bakı Metropoliteni"nə müracət etmişik. İdarədən sədr müavini zəng vurub dedi ki, istəyini təmin olunub. Azarkeşlər, sözsüz ki, 00:30-dək çıxıb gedəcəklər. Üstəlik "Qarabağ"ın da oyunu var və həmin maçtı izləmək üçün heç kim gecikməyəcək. Ancaq nəzərə almaq lazımdır ki, stadionda oyunu işıqlandıran 60-70 nəfər jurnalist olacaq".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da başlanacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol