• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan alimləri lüminessent lampaları ilə bağlı ilkə imza atdılar

Azərbaycan alimləri lüminessent lampaları ilə bağlı ilkə imza atdılar
10.12.2015 18:39
Azərbaycan alimləri dünyada ilk dəfə olaraq, lüminessent lampalarının hazırlanması üçün olduqca əhəmiyyətli olan, geniş temperatur intervalında intensivliyini, yəni işiğını sabit saxlayan lüminofor materialları əldə ediblər.
 
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktorunun elmi işlər üzrə müavini Cavad Abdinov deyib.

Qeyd edək ki, adi közərmə lampasından fərqli olaraq, lüminessent lampaları ilə elektrik enerjisinə daha çox qənaət edilir.

Onun sözlərinə görə, hazırda istifadə edilən lüminessent lampalarının istehsalında müxtəlif lüminofor materiallarından istifadə olunur: "Belə lampalar çox aşağı temperatur şəraitində, məsələn, Antarktidada ya işləmir, ya da onun intensivliyi, yəni işığı çox az olur. Bunun da nəticəsində ondan geniş temperatur intervalında lampa kimi istifadə etmək mümkün olmur”.

C.Abdinov qeyd edib ki, amma əldə edilən yeni lüminofor materiallarından işıq mənbələri hazırlandıqda onlar geniş temperatur intervalında - 10 dərəcə Kelvindən (mənfi 263 dərəcə Selsidən) 300 dərəcə Kelvinə qədər olan intervalda intensivliyini dəyişmir. Bunun hesabına da lüminessent lampaları həm otaq temperaturunda, həm də ən aşağı temperaturu olan şəraitdə eyni qaydada işiq verməklə işləyir: "Bu, çox böyük nailiyyətdir. Bu materialdan lampa düzəldilsə, o, otaq temperaturunda da, Antarktidada da işləyəcək. Yəni lampanın parametrləri dəyişməyəcək”.

Qeyd edək ki, yeni materiallar akademik Bahadur Tağıyev və professor Oqtay Tağıyev tərəfindən əldə edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol