Bakıda kütləvi dava: Xəsarət alan var

Sabunçu rayonunda kütləvi dava olub.
APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi "Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























