• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri iclasa gəlməyən deputatlara xəbərdarlıq etdi

Komitə sədri iclasa gəlməyən deputatlara xəbərdarlıq etdi
11.12.2015 13:44
"Bu gün komitənin üzvlərindən Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iclasa qatılmayıb”

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov iclasa qatılmayan deputatlara iradını bildirib. "Report” xəbər verir ki, komitə sədri çıxışında bu kimi halların növbəti iclasda da davam edəcəyi təqdirdə parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyini bəyan edib.

Onun sözlərinə görə, parlamentdə komitələrin sayı artdığından, komitələrin üzvlərinin sayında məhdudiyyət yaranıb: "Misal olaraq, bizim komitənin 6 üzvü var. Ona görə də komitə iclaslarında bütün üzvlərin iştirakı zəruridir. Bu da tək bizim komitənin üzvlərinə deyil, bütün deputatlara aiddir. Çünki onların iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasda iştirak etməyən üzvlərinə sadəcə xəbərdarlıq edin, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şəkildə müraciət edəcəyik.

Bu gün komitənin üzvlərindən Ülviyyə Həmzəyeva və Zeynəb Xanlarova iclasa qatılmayıb. Komitənin katibliyi Ülviyyə Həmzəyevaya zəng edərək iclasa gəlməyinin vacibliyini bildirib. O isə işi çıxdığından iclasa qatıla bilməyəcəyini qeyd edib. Bir insanın həyatında Milli Məclisə seçilməkdən şərəfli bir iş yoxdur. Bundan vacib sizin üçün nə iş ola bilər?! Ona görə də xahiş edirəm ki, gələn dəfə üçün gəlməyənlər haqqında ciddi tədbirlər görülsün. Zeynəb Xanlarovanı da hər kəsdən əvvəl tanıyıram. O, mədəniyyətimiz üçün mühüm işlər görüb və bizim üçün çox gərəkli insandır. Əsas istəyimiz odur ki, o da iclasda iştirak etsin və öz məsləhətləri ilə komitənin işinin inkişafına öz töhfəsini versin”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol