• $
  • €
  • ₽
  • ₺
  • £

Təbii qazın və istilik enerjisinin talanmasına görə yeni cəzalar müəyyənləşdirilir

Təbii qazın və istilik enerjisinin talanmasına görə yeni cəzalar müəyyənləşdirilir
11.12.2015 14:56

Azərbaycanda təbii qazın və elektrik enerjisinin talanmasına görə yeni cəzalar müəyyənləşdirilir.
APA-nın məlumatına görə, bununla bağlı yeni İnzibati Xətalar Məcəlləsinə yeni bənd salınıb.
 
Yeni Məcəllənin 282-ci maddəsinin ilk bəndində deyilir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurduqda fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər isə 2 000 manatdan 2 500 manata qədər cərimələnəcəklər.
 
"Qeyd” hissədə göstərilir ki, burada az miqdarda dedikdə 1000 manata qədər dəyən ziyan əsas götürülür.
 
Hazırda qüvvədə olan məcəllədə isə yalnız təbii qazın, elektrik və ya istilik enerjisinin istifadə qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulur. İstifadə qaydalarının pozulmasına görə fiziki şəxslər 30 manatdan 40 manata qədər, vəzifəli şəxslər 70 manatdan 90 manata qədər, hüquqi şəxslər isə 250 manatdan 300 manata qədər cərimələnir. Bu bənd yeni məcəllədə də saxlanılıb.
 
Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol