• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edildi

Milli Məclisdə xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edildi
11.12.2015 15:04
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edilib.
 
APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iclasda iştirak etməyən deputatların məsələsini qaldırıb. O, toplantıya qatılmayan komitə üzvlərindən Zeynəb Xanlarova və Ülviyyə Həmzəyevanın adlarını çəkərək bu halın növbəti iclasda da davam edəcəyi halda parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi müraciət edəcəyini bildirib: "Komitə üzvlərimizin sayında onsuz da məhdudiyyət var. Bunların da iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə sadəcə, xəbərdarlıq edirəm, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şikayət edəcəyəm”.
 
İclasda bir neçə məsələ müzakirə olunub. "Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə göstərilir ki, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. Mövcud variantda isə göstərilir ki, kütləvi informasiya vasitəsinin istehsalı və yayımı yalnız təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.
 
Bundan başqa, iclasda radio və televiziyalarda ədəbiyyat sahəsi ilə bağlı verilişlərin koordinasiya şurasının xüsusi iclasına hazırlıq müzakirə olunub. İclasın bir ay müddətində keçirilməsinə qərar verilib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol