• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni maliyyə müsabiqəsi elan olunur

Yeni maliyyə müsabiqəsi elan olunur
11.12.2015 21:50
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev gündəlikdə olan ilk məsələnin 2016-cı il birinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında olduğunu deyib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqəyə 10 istiqamət üzrə 56 mövzunun təklif edildiyini bildirib. Katibliyin icraçı direktoru müsabiqənin şərt və qaydaları, texniki tələbləri haqqında danışıb və mövzularla bağlı ətraflı məlumat verib.

F.Qurbanov gündəlikdə olan digər məsələ ilə bağlı arayış verib və "Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsinə ehtiyac olduğunu və bunun üçün 7 nəfərdən ibarət işçi qrupunun yaradılmasını təklif edib.

Katibliyin icraçı direktoru Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib. F.Qurbanov əməkdaşlıq üçün Şuraya müraciət edən beynəlxalq təşkilatlar haqqında danışıb və təklif olunan əməkdaşlıq mövzularını qeyd edib.

A.Quliyev Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icrasının effektivliyinin artırılması üçün bundan sonra da zəruri addımların atılacağını və QHT-lərin üzərlərinə götürdükləri müqavilə öhdəliklərini tamlıqla yerinə yetirməli olduqlarını deyib. 

Daha sonra Şura üzvləri Sahib Məmmədov, İlqar Məmmdov, Tahir Süleymanov, Əliməmməd Nuriyev, Vüqar Qədirov, Rəna Mirzəzadə və Dilarə Vəliyeva iclasda çıxış edərək rəy və təkliflərini bildiriblər.

İclasda Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinin istiqamətləri təsdiq edilib. Müzakirələrdən sonra gündəlikdə dayanan məsələlər ayrılıqda səsə qoyularaq qəbul olunub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol