• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir erməni əsgəri öldürüldü

Daha bir erməni əsgəri öldürüldü
12.12.2015 11:37
Təmas xəttində gərginlik davam edir.
 
ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, dünən axşam işğal edilən Azərbaycan torpaqlarında daha bir erməni əsgəri öldürülüb. 

Ölən 20 yaşlı Karen Qriqoryandır. Əsgər ölümü ilə bağlı araşdırma başlayıb. 
Bu, son bir necə gündə öldürülən və ermənilərin etiraf etdiyi üçüncü hərbçisidr. 

Ötən gün də Azərbaycanın işğal altında olan torpaqlarında erməni hərbçisi ölüb. 1994-cü il təvəllüdlü Vardan Arturoviç Vardanyan cəbhənin şərq istyiqamətində atəşkəsin pozulması nəticəsində öldürülüb. 

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışma nəticəsində dekabrın 11-də erməni hərbçi yaralanmışdı. 

Erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, yaralanan əsgər Razmik Abramyanın vəziyyəti çox ağırdır.

Son vaxtlar cəbhə xəttində ağır döyüşlər gedir. Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə artan gərginliklə bağlı açıqlama verib: "Son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür".

Erməni tərəfi Azərbaycana cəbhədə tankları işə salmaqda ittiham edib. Azərbaycanın Müdafiə Nazirliyindən isə bildirilib ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən bizə atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.

Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar.
Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol