• $
  • €
  • ₽
  • ₺
  • £

“Günəşli”də qəzada xəsarət alan 6 neftçi yenidən xəstəxanaya qaytarıldı

“Günəşli”də qəzada xəsarət alan 6 neftçi yenidən xəstəxanaya qaytarıldı
12.12.2015 14:41
"Günəşli” yatağında baş verən qəzada xəsarət alan və müalicədən sonra evə buraxılan 6 neftçi yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb. 

ANN.Az xəbər verir ki, bunu Report-a açıqlamasında xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib. 

Onun sözlərinə görə, hazırda xəstəxanada 19 neftçinin müalicəsi davam edir: 

"Son üç gündə evə buraxılan xəstələrdən 6 nəfəri yenidən xəstəxanaya qəbul edilib. Onlar Rəşid İbrahimov, Ehtiram Məlikov, Roman Yusifov, Mahal Yusifov, Seymur Mikayılov və Coşqun Qarayevdir. 

Həmin xəstələri evə buraxanda demişdik ki, əgər səhhətinizdə narahatlıq yaransa, yenidən həkimə müraciət edə bilərsiniz. Qəzada xəsarət alan neftçilərin əksəriyyətinə kəllə, baş-beyin travması diaqnozu qoyulmuşdu. Rəşid İbrahimov, Ehtiram Məlikov və Roman Yusifovda bu travma səbəbindən ürək bulanma halları müşahidə olunub. Ona görə də yenidən xəstəxanaya müraciət ediblər. Həkimlərimiz də onlara xəstəxana şəraitində müalicələrini davam etdirməyi məsləhət gördülər”.

A.Fətəliyeva qeyd edib ki, yenidən xəstəxanaya qaytarılan digər neftçilərdə nevroloji problemlər müşahidə olunur: 

"Çox güman ki, evdə onlara baş çəkməyə gələnlər olur. Qəzada travma aldıqlarına görə səs-küyü götürə bilmirlər. Xəstəxanada sakitlik olduğundan məsləhət görüldü ki, burada qalsınlar. Onlara həm də xəstəxanada psixoloji yardım göstərilir”.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol