• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan-Türkmənistan münasibətləri qədim tarixə malikdir"

"Azərbaycan-Türkmənistan münasibətləri qədim tarixə malikdir"
29.05.2020 07:50
Azərbaycanla Türkmənistan arasında münasibətlər qədim və zəngin tarixə malikdir.
 
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkmənistanın paytaxtı Aşqabadda "Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

O.Əsədov əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqlarını bir çox ortaq dəyərlər birləşdirir: "Bunlar, ilk növbədə, bizim eyni köklərə bağlı olmağımızdır. Mədəniyyətimiz və mənəviyyatımızdır. Bütün tarix boyu xalqlarımız bir-birinə qardaşlıq münasibətləri bəsləyib. Ötən əsrin sonlarından, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə geniş şərait yaradılıb".

Milli Məclisin sədri bildirib ki, Avropa ilə Asiyanın qovşağında yerləşən ölkələrimiz müxtəlifv sahələrdə səmərəli əməkdaşlıq edir: "Dövlət başçılarının fəal siyasi təmasları Azərbaycan-Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. Bizim ölkələrimiz bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensiala malikdirlər. Biz dünyanın iki böyük regionunu Xəzər dənizi vasitəsilə birləşdirən bir ərazidə yerləşirik. Bizim marağımızda birlik və həmrəylik nə qədər möhkəm, əməkdaşlıq və tərəfdaşlıq nə qədər dərin olarsa, bu regionda sülh, sabitlik və inkişaf da bir o qədər möhkəm olar".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol