• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan mediasının gücündən səmərəli istifadə olunmalıdır"

"Azərbaycan mediasının gücündən səmərəli istifadə olunmalıdır"
14.12.2015 14:18
Dağlıq Qarabağ probleminin, eləcə də digər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün Azərbaycan jurnalistikasının gücündən istifadə olunmalıdır. 

Beynəlxalq Mətbuat Mərkəzində "Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim" layihəsi çərçivəsində keçirilən dəyirmi masanın mövzusu bundan ibarətdir. 

ANN.Az xəbər verir ki, tədbirin təşkilatçısı "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Vüsalə Hüseynli Azərbaycanda mətbu sözün təsir gücünün yetəri qədər potensiala malik olmasından danışıb. O, qeyd edib ki, bu istiqamətdə aparılacaq yüksək təşkilatçılıq işləri səmərəli nəticənin əldə olunmasına səbəb olacaq: "Eləcə də Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatların çatdırılmasına kömək göstərəcək. Biz bir qrup mətbuat nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri ilə müxtəlif dəyirmi masalar keçirmişik, nəticədə irəli sürülən maraqlı təklifləri əlaqədar qurumlara təqdim etməyi nəzərdə tutmuşuq".

Vüsalə Hüseynli əlavə edib ki, Azərbaycan istər mədəniyyəti, turizmi, istərsə də tarixi, yaxud Dağlıq Qarabağ kimi ağrılı probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər aparıb. Lakin bəzi beynəlxalq media qurumlarının Dağlıq Qarabağı işğalçı Ermənistanın ərazisi kimi göstərməsi mütamadi hal alıb: "Bu işğal barədə həqiqətdən uzaq mövzuların tirajlanması beynəlxalq ictimaiyyətdə bir çaşqınlıq, yalan informasiyaların ayaq açmasına şərait yaradır. Bu səbəbdən düşünürük ki, bizim media mənsubları özləri bu istiqamətdə vətəndaşlıq borclarını həyata keçirərək və istənilən vasitədən faydalanaraq bu problem barədə, eləcə də Azərbaycan həqiqətləri haqqında dünyaya düzgün informasiya ötürülməsi yollarını tapacaqlar".

Qeyd edək ki, layihənin maliyyə dəstəkçisi Prezident yanında Gənclər Fondudur.

Orxan Aslanlı



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol