• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişinlər "BakuBus" avtobuslarından niyə az istifadə edirlər?

Sərnişinlər "BakuBus" avtobuslarından niyə az istifadə edirlər?
14.12.2015 19:58
Sərnişindaşıma xidməti göstərən "BakuBus" MMC-yə məxsus avtobusların işini hələlik rentabelli saymaq olmaz. Bunu Trend-ə açıqlamasında "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Bəzi marşrut xətlərində "BakuBus" MMC-nin avtobuslarının sərnişinlərlə tam dolmaması məsələsinə aydınlıq gətirən qurum rəsmisi qeyd edib ki, buna səbəb onların kartla işləməsidir: "Bakıda ilk dəfədir ki, kart sistemi ilə işləyən avtobuslar fəaliyyət göstərir. Kart sisteminə keçid həm çətin, həm də vaxt alan prosesdir. Cəmiyyətimiz tam olaraq kart sisteminə adaptasiya olmayıb. Ona görə də avtobusların sərnişinlərlə dolmasında bir qədər problemlər yaşayırıq. Amma insanların hamısında kart olandan sonra bu problem də öz həllini tapacaq”.

N.Allahyarova qeyd edib ki, təmsil etdiyi qurum hazırda diqqəti daha çox "BakuBus" MMC-nin ictimaiyyət arasında tanıdılmasına sərf edir: "Bütün şirkətlər fəaliyyətinin ilk vaxtlarında özlərinin "piar"ı ilə məşğul olurlar. Bizim qurumun da fəaliyyəti hazırda bu istiqamətdədir. İcitimaiyyət, ilk növbədə, "BakuBus" MMC-nin və kart sisteminin nə olduğunu anlamalıdır. Bunun üçün bir sıra işlər görmüşük”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol