• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta və qəsdən müflisləşməyə görə cərimələrin məbləği 100 dəfəyədək artırılır

Saxta və qəsdən müflisləşməyə görə cərimələrin məbləği 100 dəfəyədək artırılır
15.12.2015 20:53
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycanda saxta və qəsdən müflisləşməyə görə cərimələr artırılır. 

"Report" xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vəzifəli şəxslər 1 000 manatdan 2 000 manatadək (hazırda 55 manatdan 70 manatadəkdir), hüquqi şəxslər isə 10 000 manatdan 12 000 manatadək (hazırda 110 manatdan 200 manatadəkdir) miqdarda cərimə ediləcək.

Bundan başqa, qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək (hazırda 65 manatdan 90 manatadəkdir), hüquqi şəxslər isə 12 000 manatdan 15 000 manatadək (hazırda 160 manatdan 240 manatadəkdir) miqdarda cərimə ediləcək.

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. İXM layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol