• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisad Universitetində müəllimlərinin ilk reytinqi müəyyənləşdi

İqtisad Universitetində müəllimlərinin ilk reytinqi müəyyənləşdi
15.12.2015 11:41
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əmək haqqı sistemi ilə əlaqədar yaradılan daimi Komissiya işini yekunlaşdırıb. Artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb. Bununla da, sistem avtomatik olaraq müəllimlər arasında TOP100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.

Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək,eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.

2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol