• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət dilinə qarşı əməllərə görə cəzalar sərtləşdirilir

Dövlət dilinə qarşı əməllərə görə cəzalar sərtləşdirilir
15.12.2015 15:07
Azərbaycanda dövlət dilində danışmağa mane olanlar, bu dilin istifadəsini məhdudlaşdıranlara qarşı yeni cəzalar tətbiq olunacaq.
 
APA-nın məlumatına görə, bu məsə yeni İnzibati Xətalar Məcəlləsində təsbit olunub.
 
Məcəllənin 532-ci maddəsinə əsasən "Azərbaycan Respublikasında dövlət dilinə qarşı təbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadə sahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiq olunmasına maneələr törədilməsinə görə fiziki şəxlər 1 000 manatdan 1 500 manata qədər, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manata qədər, hüquqi şəxslər isə 12 000 manatdan 16 000 manata qədər cərimələnəcəklər.
 
Hazırda qüvvədə olan məcəllədəki müvafiq maddəyə görə isə bu cərimələr fiziki şəxslər üçün 20 manatdan 40 manata qədər, vəzifəli şəxslər 50 manatdan 90 manata qədər, hüquqi şəxslər üçün isə 150 manatdan 300 manata qədərdir.
 
Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı təqdirdə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol