• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda minlərlə ağacın aşma təhlükəsi var

Bakıda minlərlə ağacın aşma təhlükəsi var
15.12.2015 17:35

Bakıda minlərlə ağacın aşma təhlükəsi var. Bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov deyib.

Onun sözlərinə görə, Bakı şəhərində aşma təhlükəsi olan ağaclar arasında əsasən, yaşı 25-dən çox olan qovaqlar üstünlük təşkil edir: "25 yaşı tamam olan qovaq ağaclarının kök sistemi artıq inkişaflarını başa çatdırdıqlarından kökləri zəifləyir. Bu ağacların aşma təhlükəsi çox olduğundan onlar hər hansı bir səmt küləyinin təsirinə məruz qalır. Aşdığı zaman da insanların əmlaklarına, sağlamlıqlarına ziyan vurur”.

Belə ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsi ilə birgə reyd keçirdiklərini deyən V.Novruzov əlavə edib ki, təhlükəli ağacların hamısı qeydə alınır. Lakin onların kəsilməsi üçün ETSN-nin rəyinin olması lazımdır: "Ekpertiza rəyi verildikdən sonra onların götürülməsi birlik tərəfindən icra edilir. Bəzən görürsən ki, ağac yaşıldır, dekorativ gözəlliyini itirməyib, amma onun aşma təhlükəsi yaranıb. Biz çalışırıq ki, belə ağacları vaxtında götürək. Ancaq bəzən belə yaşıl ağaclar kəsilən zaman insanlar bunu qınaqla qarşılayırlar”.

V.Novruzov əlavə edib ki, Bakının yaşıllaşdırılması zamanı onun iqlimi üçün olduqca davamlı olan zeytun, şam, sərv, akasiya ağaclarına, viteks, yapon əzgili, yapon naznazı, yapon təkgözü kollarına daha çox üstünlük vermək lazımdır.

Bu ağac və kolların Abşeron yarımadasının torpağında çox yaxşı inkişaf etdiyini deyən Birlik direktorunun sözlərinə görə, aqrotexniki qaydada hər hansı yerdə yaşıllaşdırma işləri aparıldıqda da ən çox üstünlük adları sadalanan ağaclara verilir.

V.Novruzov qeyd edib ki, yaşıllaşdırma salınan zaman ağacların hündür olması şərt deyil. Çünki 1-1,5 metrlik ağacların bitiş faizi daha yüksək olur.

Birliyin baş direktoru paytaxtın bəzi ərazilərində süni ot örtüklərinin salınmasının da faydalı olduğunu deyib: "Bakıda maşın çoxdur. Süni ot örtükləri ilk növbədə səsin-küyün qarşısını çox yaxşı alır. Onlar toz-torpağı udmaq qabiliyyətinə də malikdir. Bu örtüklərin insanların sağlamlığı üçün ziyanlı olması barədə deyilən fikirlərin heç bir əsası yoxdur. Onlarda insan sağlamlığı üçün ziyanlı heç nə yoxdur. Yaşıllıq nə qədər çox olarsa, qəbristanlıqlarımız da bir o qədər az olar”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol