• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaran sakinlərinin məscidlərə buraxılmamasının səbəbi açıqlandı - RƏSMİ

Nardaran sakinlərinin məscidlərə buraxılmamasının səbəbi açıqlandı - RƏSMİ
15.12.2015 17:17
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaranda məscidlərə buraxılmamaları ilə bağlı sakinlərin narazılığına münasibət bildirib.
M. Qurbanlı APA-ya bildirib ki, buna səbəb Nardarandakı məscidlərin qanunsuz, yəni qeydiyyatsız fəaliyyət göstərməsidir.
 
Nardarandakı məscidlərin heç birinin qeydiyyatdan keçmədiyini, qanunsuz fəaliyyət göstərdiyini xatırladan M. Qurbanlı deyib ki, qəsəbədəki məscidlərdən yalnız biri - Cümə məscidi əvvəllər qeydiyyatdan keçsə də, 2009-cu ildə qanunvericilikdə edilən dəyişiklikdən sonra təkrar qeydiyyatdan keçməyib: "2009-cu ildə edilən dəyişiklikdən sonra artıq icma 10 nəfərlə yox, 50 nəfərlə qeydiyyatdan keçməlidir. Ona görə də icmaların hamısı təkrar qeydiyyatdan keçir. Cümə məscidi icması yenidən qeydiyyatdan keçmək üçün sənədlər toplayır, müraciət olandan sonra icmanın təkrar qeydiyyatdan keçməsi məsələsinə baxılacaq.

Digər məscidlərin qeydiyyatına gəldikdə, qanunun tələbinə görə məscidin icması olmalıdır. Məscidin icması olmasa, ora rəsmi din xadimi təyin edilə bilməz. Məscid varsa, icması yaradılmalı, qeydiyyata alınmalı, sonra oraya Qafqaz Müsəlmanları İdarəsi müvafiq olaraq, yəni məzhəbə uyğun ya axund, ya da imam təyin etməlidir. İcmanın yaradılaraq qeydiyyatdan keçmə təşəbbüsü də yerlərdən gəlməlidir. Yəni özləri təşəbbüs göstərərək qeydiyyatdan keçirmək istədikləri icmanın sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər, Qafqaz Müsəlmanları İdarəsi də rəsmi məktubla bizə göndərməlidir. Biz də baxıb qanunun tələbinə uyğun qeydiyyat məsələsini həll edirik. Biz icma yaradan qurum deyilik, icmanın olmasını tələb edən və qeydiyyata alan qurumuq”.
 
Komitə sədri deyib ki, hazırda Nardarandakı məscidlər qanunsuz fəaliyyət göstərdiyinə görə oraya kimsə buraxılmır: "Nardaran camaatı vaxtında bunu həll etməli idi. Biz onlara zamanında demişdik ki, icma yaradılmalıdır. Çünki qanunun tələbinə görə icması olmayan məscid məscid sayılmır. Hər bir fəaliyyət qanunun tələbi ilə olmalıdır. Biri gəlib deyəcək ki, məscid tikir, axı bunu özbaşına etmək olmaz, gərək qanunun tələbinə görə olsun. Bizim qanunvericilikdə bununla bağlı bütün məqamlar təsbit olunub”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol