• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb icmaları layihəsi çərçivəsində müsabiqə elan olundu

Məktəb icmaları layihəsi çərçivəsində müsabiqə elan olundu
15.12.2015 18:34
Məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində "Sinif icmalarının plan müsabiqəsi” elan edilib.
 
Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumata görə, Community.az saytı vasitəsilə keçirilən müsabiqədə sinif icmaları 5 nominasiyadan bir və ya bir neçəsini seçə bilərlər. "Sinif icmasının ən yaxşı planı” nominasiyasında təlimləndirici tədbirlər, bayramlar, peşəyönümlü tədbirlərin uyğunluğu, ailə üzvlərinin birgə işləri, "Xərcsiz sevinc” nominasiyasında isə maraqlı və əhəmiyyətli tədbirlərin təşkili ilə yanaşı, maliyyə vəsaitlərinin qənaətlə xərclənməsi bacarığı qiymətləndiriləcək.

"Ən orijinal fikir” nominasiyası üzrə orijinal tədbirlər planı, "Sərhədsiz xeyirxahlıq” nominasiyası üzrə yardım məqsədi daşıyan yaradıcı işlər müsabiqəyə təqdim oluna bilər. "Ən fəallar” nominasiyasında isə sinif icmasının planına dair ilin əvvəlindən keçirilən bütün tədbirlər qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək üçün sinif icmasının ən az 20 iştirakçısı (şagirdlər, valideynlər, müəllimlər) www.community.az portalında qeydiyyatdan keçməlidir. Qeyd olunan nominasiyalar üzrə işlər www.community.az saytında 18 dekabr 2015-ci il tarixinə kimi qəbul ediləcək. Hər bir nominasiya üzrə qaliblər Fəxri fərman və müsabiqənin tərəfdaş şirkətləri ("Access Bank” ASC, "Sağlam Ailə” MMC, "Standard Insurance” ASC, "Baker Tilly Azərbaycan” MMC, "AZZA” şirniyyat evi, "Khazar Ventures" MMC) tərəfindən müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, Dünya Bankının maliyyə və "Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.  

Müsabiqə haqqında daha ətraflı məlumatı www.community.az saytından əldə etmək mümkündür.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol