• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir Nardaran AÇIQLAMASI

Daha bir Nardaran AÇIQLAMASI
15.12.2015 21:28
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı danışıb.

Nardaran sakinlərinin məscidə buraxılmamaları ilə bağlı rəsmi açıqlama verilib.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının ANS PRESS-ə verdiyi məlumata görə, heç kim Nardaran sakinlərinə məscidlərə getməyə qadağa qoymayıb. Sədr deyir ki, sadəcə bəzi qanunlara Nardaranda fəaliyyət göstərən məscidlər əməl etmir. Mübariz Qurbanlının sözlərinə əsasən, məscidlər aşağıdakı amillər olarsa, fəaliyyət göstərə bilər:




"Hər bir məscid qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilər. Amma Nardaranda heç bir məscid qeydiyyatdan keçməyib, orada yalnız bir məscid qeydiyyatdan keçib ki, onun da qeydiyyat müddəti bidiyinə görə, o da bağlanıb. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi dinlə bağlı hər şeyə ciddi nəzarət edəcək. Tələblərə uyğun məscidlərdə icmalar qurulmalıdır və eyni zamanda rəsmi tərəfin təyin etdiyi axundlar, mollalar məsciddə moizəyə oxuya, ayinlər deyə bilərlər. Əks halda, kim bu qaydanı pozarsa, ona qarşı cərimə və ya qanunla nəzərdə tutulmuş şəkildə cəza tətbiq olunacaq", - deyə sədr vurğuladı. 

Mübariz Qurbanlı onu da əlavə etdi ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb. 


Mübariz Qurbanlı - Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri


Bu ilin oktyabr ayında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tərkibində etika komissiyasını yaradılıb. Bu barədə Şeyxülislam Allahşükür Paşazadə keçirilən QMİ Qazılar Şurasının iclasında məlumat verib. 

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova etika komissiyasını yaranmasını şərh edərkən bildirib ki, o şəxslər ki, bu komissiyaya daxil olacaqlar, onlar bu məsələlərə nəzarət edib, məruzə edəcəklər. Onların məruzələri əsasında da, səhvə yol verən dindarların cəzalandırılması həyata keçiriləcək. Cəza isə müxtəlif ola bilər. Onlar ya işdən çıxarılacaq (dini ayinlərdən, xütbələrdən uzaqlaşdırılacaqlar), ya töhmət, ya da tənbeh olunacaqlar. Qurum rəsmisinin sözlərinə əsasən, məqsəd ondan ibarətdir ki, xütbələrdə və moizələrdə mənsəblərarası fərqlərə yol verilməsin.


Rəhimə Dadaşova - QMİ-nin mətbuat xidmətinin rəhbəri 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol