• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: “Nardaranda baş verənlər göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur”

Komitə sədri: “Nardaranda baş verənlər göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur”
16.12.2015 12:55
"Son zamanlar xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb”

"Bir müddət ölkədə erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, xüsusən Bakının bir sıra kəndlərində erkən nikahların sayı artıb”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, son 2 ildə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 20 erkən nikah faktı qeydə alınıb: "Bunlardan 17-nin qarşısı alınıb. Qeyd edim ki, erkən nikaha girən qızlar daha çox zorakılığa məruz qalır”.
 
H. Hüseynova çıxışında Bakının Nardaran qəsəbəsində uşaqların təhsildən yayınmasına da münasibət bildirib: "Uşaqların təhsildən yayınması, habelə erkən nikahlar daha ağır ictimai proseslərin yaranmasına gətirib çıxarır. Buna əyani nümunə Nardaranda baş verən hadisələrdir. Bu fakt onu göstərdi ki, uşaqların savadsızlığından istifadə olunur və uşaqlar radikal dini və siyasi qruplara cəlb edirlər. Valideynlər 6-cı, 7-ci sinifdən uşaqları məktəbdən uzaqlaşdırırlar. Bizə dəfələrlə, xüsusilə analar tərəfindən müraciət olunur ki, onların həyat yoldaşları uşaqları məktəbə getməyə qoymurlar. Burada həm uşaqların hüquqları, həm də dövlətin qanunları pozulur”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol