• $
  • €
  • ₽
  • ₺
  • £

“Günəşli” yatağında itkin düşənlər nə zaman ölmüş elan ediləcəklər? - AÇIQLAMA

“Günəşli” yatağında itkin düşənlər nə zaman ölmüş elan ediləcəklər? - AÇIQLAMA
16.12.2015 11:58
"Günəşli” yatağının 10-cu platformasında baş verən bədbəxt hadisədən 10 gün keçdi. 

Bütün axtarış-əməliyyat tədbirlərinə baxmayaraq itkin düşən neftçilərdən 23 nəfəri bu günə qədər də tapılmır. Geridə qalan hər saat onların tapılması ümidlərini demək olar azaldır. Qəbul olunan standartlara görə açıq dənizdə insanın 10 gün müddətində sağ qalması mümkünsüzdür. Buna görə də həmin neftçilərin bu günə kimi sağ olmasına inam azalmaqdadır. Görəsən, itkin neftçilər, ümumiyyətlə, tapılmasa onlara ölü statusu nə zaman veriləcək?  

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Modern.az saytına bildirdiyinə görə, qanunvericiliyə əsasən itkin düşən 23 nəfər cəsədləri tapılsa, ölmüş hesab olunurlar. Yox əgər, tapılmasalar təbii ki, burada məhkəmənin qərarı ilə itkin düşmüş hesab olunacaqlar”.  

Mirvari Qəhrəmanlı "Günəşli” yatağındakı hadisə ilə eyni gündə Neft Daşlarında tufan nəticəsində həlak olan 3 nəfər neftçinin ailəsinə pul və digər maddi kompensasiyaların ayrılmamasına da münasibət bildirib: "Təbii ki, "Günəşli” platformasındakı hadisə ilə eyni gündə Neft Daşlarında həlak olan 3 neftçiyə də pul və digər müvafiq kompensasiya ayrılmadı idi. Məncə, bu haqsızlıqdır. Bu həm də, çox böyük ayrı-seçkilikdir”.  

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev isə hesab edir ki, həmin insanlara artıq ölmüş statusu bu günə qədər verilməli idi:

"Əslində, bu insanlar artıq ölmüş elan edilməli idi. Çünki hadisədən 10 gün keçib. Təbii ki, qanunvericiliyə görə, təbii fəlakət və digər bədbəxt hadisə nəticəsində itən insanların ölmüş hesab edilməsi üçün 6 ay keçməlidir. Ancaq hamımıza məlumdur ki, bu bədbəxt hadisə nəticəsində yanıb ölən, həmçinin sonradan dənizdə boğulan neftçilərdən meyitləri çıxarılanlar də olub.

Ona görə 23 nəfərə ölmüş statusunun verilməsini gecikdirməklə onlara veriləcək pul kompensasiyalarını yubatmaq düzgün olmazdı. Ancaq bu olmasa belə, yəqin ki, kompensasiya veriləcək. Çünki bu məsələ ölkə başçısının birbaşa diqqət mərkəzindədir. Ən azından, artıq məhkəmə qərarı da formal xarakter daşıyır, o insanlar artıq həyatlarını itiriblər”.  

Azər Quliyev Neft Daşlarında tufan nəticəsində 3 neftçinin ölməsinə görə pul kompensasiyasının verilməməsini ədalətsizlik kimi qiymətləndirib.    

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol