MTRŞ: Bəzi radioların fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən radioların monitorinqini aparır.
MTRŞ-nın sədr müavini Qafar Cəbiyev "Report"a bildirib ki, bəzi radioların fəaliyyətində çoxsaylı və ciddi qanun pozuntuları aşkarlanıb.
Qanun pozuntularının daha çox reklam yayımı ilə bağlı olduğunu deyən Q.Cəbiyev deyib ki, yaxın günlərdə bu məsələ ilə bağlı şurada iclas keçiriləcək. İclasdan sonra monitorinqin nəticələrini ictimaiyyətə açıqlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























