• $
  • €
  • ₽
  • ₺
  • £

12 illik təhsilə keçidlə bağlı strategiyanın əsas hədəfləri açıqlandı

12 illik təhsilə keçidlə bağlı strategiyanın əsas hədəfləri açıqlandı
16.12.2015 14:09
Qulu Novruzov: Əgər müəllimlər Təhsil Nazirliyinin təhsil siyasətini dərk etməyəcəksə, biz bu strategiyanı uğurla gerçəkləşdirə bilməyəcəyik

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı strategiyanın əsas hədəfləri açıqlanıb. "Report" xəbər verir ki, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib ki, hazırda 12 illik təhsilin məzmunu standartları üzərində çalışılır.

O bildirib ki, 12 illik təhsilin ilkin standartlarının layihəsi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub: "Hazırda fənnlərin inteqrasiyası barədə müzakirələr aparılır. Bir faktı da qeyd edim ki, bu gün Azərbaycanda tədris olunan fənnlərin sayı qabaqcıl ölkələrlə müqayisədə kifayət qədər çoxdur. İnteqrasiya təhsilin inkişafında qaçılmaz yoldur. Ona görə də biz də bu istiqamətdə addımlamalıyıq".

İnstitut direktoru, həmçinin 12 illik təhsillə bağlı strategiyada nəzərdə tutulan əsas hədəfləri də açıqlayıb: "Əsas məsələlərə təhsilin məzmununun dəyişdirilməsi, yeni keyfiyyətdə təhsil verənlərin hazırlanması, idarəetmənin fərqli olması, təhsilin maliyyələşdirilməsi daxildir. Bu gün təhsildə müşahidələr və dayaz təhlillərlə proqnozlar vermək, eləcə də hər hansı strategiya müəyyənləşdirmək mümkün deyil. Bu səbəbdən də strategiyada əsas uğur açarı müəllimlərin keyfiyyət məsələsidir. Əgər müəllimlər Təhsil Nazirliyinin təhsil siyasətini dərk etməyəcəksə, biz bu strategiyanı uğurla gerçəkləşdirə bilməyəcəyik. Bu da öz növbəsində müəyyən problemlərə səbəb olacaq".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol