• $
  • €
  • ₽
  • ₺
  • £

"Günəşli" yatağındakı qəza Xəzəri neftlə çirkləndirib?

"Günəşli" yatağındakı qəza Xəzəri neftlə çirkləndirib?
29.05.2020 02:18
"Günəşli" yatağında baş verən yanğından sonra Xəzər dənizinin neftlə çirklənmiş ərazisi böyüməkdədir.
 
"APA-Economics"in xəbərinə görə, bu barədə RİA "Novosti" agentliyi "Sentinel-1A" radiolokasiya peykindən aparılan çəkilişlərə istinadən xəbər verir.
 
"Dekabrın 13-də Avropanın "Sentinel-1A" radiolokasiya peykindən qəzanın baş verdiyi ərazinin çəkilişləri aparılıb. Şəkildə görünür ki, "Günəşli" yatağının ətrafı neftlə çirklənməkdədir və çirklənmə şimala doğru genişlənir. Çəkiliş zamanı əldə olunan məlumatlar göstərir ki, dekabrın 13-ə çirklənmiş ərazinin sahəsi 300 kvadrat kilometr təşkil edir”, - deyə "Skaneks” şirkətinin məlumatında bildirilir.
 
Şəkildə neftlə çirklənmiş ərazi tünd rəngdədir. Platforma ətrafındakı ağ nöqtələrlə isə  gəmilər və hasilat platformalarıdır. "Sentinel-1A" peyki vasitəsilə dekabrın 7-də əldə olunan məlumatlara görə, neftlə çirklənmiş ərazinin ümumi sahəsi 200 kvadrat kilometr olub. Göründüyü kimi, neftlə çirklənmiş ərazi sürətlə genişlənir.
 
SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyev isə "APA-Economics"ə açıqlamasında bildirib ki, dərc olunan məlumatları həqiqəti əks etdirmir. Onun sözlərinə görə, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədilə dekabrın 4-də, yəni qəzadan dərhal sonra Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən tərtib olunan Tədbirlər Planı  çərçivəsində əraziyə əlavə olaraq 6 gəmi cəlb olunub. Onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb.
 
O bildirib ki, bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur.
 
N. Quliyev əlavə edib ki, dünən yanan neft quyusu söndürülüb və neft dağılmaları təhlükəsi tamamilə aradan qalxıb.
 
"Azərkosmos" ASC-nin Korporativ kommunikasiya departamenti direktoru Aysel Soltanova isə "APA-Economics"in sorğusuna cavab olaraq bildirib ki, milli peyk operatorunun bu məsələ ilə bağlı mövqeyi SOCAR-la üst-üstə düşür: "Biz SOCAR-a həm optik, həm radar təsvirləri, həm də digər lazımi məlumatları vermişik. Bu məlumatlara  əsasən, dekabrın 13-də həmin məlumatlar ictimaiyyətə açıqlanıb. Bizim də mövqeyimiz onların açıqladığı mövqe ilə üst-üstə düşür. Bizim mütəxəssislər, SOCAR-ın mütəxəssisləri ilə əməkdaşlıq şəraitində çalışırlar".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol