• $
  • €
  • ₽
  • ₺
  • £

Salyan sakinindən maraqlı ixtira – VİDEO

Salyan sakinindən maraqlı ixtira – VİDEO
16.12.2015 15:20
Salyanda rayon sakini avtomobilə qoşula bilən daşınan ev düzəldib. 

ANN.Az Region TV-yə istinadən xəbər verir ki, görənlərin heyrətinə səbəb olan səyyar evdə bütün lazımi şərait var.

Divan, kreslo, masa, və mətbəx. Bütün bunlar hər hansı bir mənzildə yox, avtomobildədir — daşına bilən ev şəklində. İçərisində hər bir şərait yaradılan bu səyyari evi Salyan rayon sakini Elçin Əzizov düzəldib.

Orta təhsilli olan Elçin deyir ki, ona bu addımı atmağa sövq edən əkin sahəsində işləyərkən istirahət etməsi üçün sığınacağa yaranan ehtiyac olub.

Elçin 45 gün ərzində ərsəyə gətirdiyi səyyari evin layihəsini internetdən əldə edib. Bunun düzəldilməsində istifadə olunan detallar isə «Qazel» və «Qaz-31» markalı avtomobillərə məxsusdur. 

Daşınan evin ümumi sahəsi 10 kvadratmetr, çəkisi isə 1 ton 600 kiloqramdır. Onun əsas hissəsini yataq otağı tutur ki, burada televizor, hətta kompüter üçün xüsusi masalar da quraşdırılıb. Otaqların işıqlandırılması üçün həm 220, həm də 12 voltluq enerji mənbəyindən istifadə olunub. 

Daşındığı yerdə ətraf mühitin çirkləndirilməməsi üçün səyyari evin alt hissəsinə çirkab suların toplanması üçün xüsusi çənlər də yerləşdirilib.




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol