• $
  • €
  • ₽
  • ₺
  • £

​"Baku Business Factory" Azərbaycan Turizm və Menecment Universitetində seminar keçirib

​"Baku Business Factory" Azərbaycan Turizm və Menecment Universitetində seminar keçirib
17.12.2015 10:44
Bu gün "Baku Business Factory" (BBF) Azərbaycan Turizm və Menecment Universitetində təqdimat və seminar təşkil edib.

"Report" xəbər verir ki, "Tələbə olarkən necə biznes qurdum?" mövzusunda keçirilən seminarın məqsədi tələbələrin biznesə olan marağının artırılması, onların bu sahədə maarifləndirilməsi olub.

BBF-nin layihə meneceri Toğrul Səmədov seminarda tələbələrə şəxsi biznes qurmağın sirlərindən danışıb. Natiq tələbə olduğu müddətdə qarşılaşdığı çətinliklərdən, mövcud problemləri və imkanları dəyərləndirmək yolu ilə öz biznesini necə qurmasından danışıb.

Bildirib ki, biznesi qurmaq üçün imkanları dəyərləndirmək, problemləri həll etmək, çox və məqsədli çalışmaq, risq etmək vacib şərtlərdəndir.
T.Səmədov təqdimatın sonunda tələbələrin suallarını da cavablandırıb.

Qeyd olunub ki, bu cür təqdimatlar digər universitetlərdə də həyata keçiriləcək.

Qeyd edək ki, "Baku Business Factory" (BBF) 2015-ci ilin aprel ayında "Union Grand Energy PTE” Şirkətlər qrupunun təsisçisi və sahibi,   azərbaycanlı iş adamı Anar Əlizadə tərəfindən təsis edilib. Şirkətin əsas məqsədi gənclərin biznes təşəbbüslərinin dəstəklənməsidir.

Müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-də öz ideyalarını biznesə çevirmək imkanı əldə edə bilərlər.

Onlar BBF-dən ofis, mentor və maddi dəstək alacaq və davamlı olaraq müxtəlif təlimlərdə iştirak edə bilərlər.

BBF-nin missiyası biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi bazanın təmin edilməsini kompleks şəkildə həyata keçirməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasıdır.







www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol