• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Yol Polisi: Gizli Yol Patrul xidmətləri respublikanın bütün yollarında olacaq

Dövlət Yol Polisi: Gizli Yol Patrul xidmətləri respublikanın bütün yollarında olacaq
17.12.2015 16:31
Yaxın vaxtlarda Gizli Yol Patrul xidmətləri tək Bakıda deyil, respublikanın bütün avtomobil yollarında fəaliyyət göstərəcək.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Gizli Yol Patrul xidmətinin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib. Gizli Yol Patrul xidmətinin effektivliyindən danışan K.Əliyev qeyd edib ki, Avropanın bir çox ölkəsində bu tətbiq olunur: "Bakıda bu il noyabr ayınınn 15-dən Gizli Yol Patrul xidmətinin tətbiqi yollarda qəzaların sayını xeyli azaldıb. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir”.

K.Əliyev qeyd edib ki, Gizli Yol Patrul xidmətini sürücülər hiss edə bilməz: "Çünki sözügedən xidmətin əməkdaşları dövlət yol polisinin istifadə etdiyi "BMW" markalı avtomobillərlə hərəkət etmirlər. Müxtəlif markalı avtomobillər var, hətta onların arasında mikroavtobus da var. Onlar heç bir avtomobili saxlamırlar. Yəni, onların hansısa nəqliyyat vasitəsini saxlamaq səlahiyyəti yoxdur. Çünki onlar mülki avtomobillərdir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol