• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda lisenziyaların sayı azaldılacaq

Azərbaycanda lisenziyaların sayı azaldılacaq
17.12.2015 17:10
Yeni qanun layihəsi lisenziyaların sayının optimallaşdırılmasını nəzərdə tutur

Azərbaycanda lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin növləri məhdudlaşdırılmalı, azaldılmalıdır. Bu, sahibkarlığın inkişafına şərait yaradır.
"Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov bu gün "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirəsi zamanı bildirib.

V.Əhmədov deyib ki, dövlət təhlükəsizliyi, insan sağlamlığı üçün önəmli sayılmayan sahələr sərbəstləşdirilməlidir. O, həmçinin bütün lisenziyaların və icazələrin verilməsinin "ASAN xidmət"ə həvalə olunmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanda bütün nazirliklər lisenziyalaşma ilə məşğul olduğundan, bu da korrupsiya mənbəyinə çevrilir.

İqtisadiyyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki, qanun layihəsində lisenziyaların sayının optimallaşdırılması da nəzərə alınıb və əgər təkliflər qəbul olunarsa, fəaliyyət növünə görə lisenziyaların sayı azaldılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda lisenziyalar 59 fəaliyyət növü üzrə verilir və alt sahələr də daxil olmaqla, ümumi say 107-dir. Təklifdə həmin 59 fəaliyyət növü üzrə lisenziyaların optimallaşdırılması məsələsi də əksini tapıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol