• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni il oyuncaqları, yolkalar xəstəliklər yarada bilər

Yeni il oyuncaqları, yolkalar xəstəliklər yarada bilər
18.12.2015 10:40
"Sertifikatlaşdırma orqanları tərəfindən daxil olan müraciətlər araşdırılarkən məlum olur ki, sahibkarların əksəriyyəti yolkaları, Yeni il oyuncaqlarını, bəzək əşyalarını və s. sertifikatlaşdırmırlar. Belə mallar isə keyfiyyətsizliyi üzündən hər hansı xəstəliyə yol aça, ağır nəticələrə səbəb ola bilər”.

Bunu Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Sertifikatlaşdırma orqanları tərəfindən bu məhsulların tərkibinin yoxlanılmasının vacib olduğunu deyən F.Talıblı qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, sertifikatlaşdırılmamış məhsulların satışı qadağandır: "Lakin sahibkarların çoxu sertifikatlaşdırmadan yayınırlar. Sahibkarlar bilməlidirlər ki, hər hansı məhsulu satışa çıxarmamışdan əvvəl müvafiq akkreditasiya olunmuş qurumlara müraciət edərək məhsullarını sertifikatlaşdırmalıdırlar. Ancaq sertifikatlaşdırma orqanlarının Yeni il bəzəkləri ilə bağlı bizə verdiyi məlumatları təhlil etdikdə görürük ki, bu sahədə boşluqlar var. Sahibkarların böyük əksəriyyəti sertifikatlaşdırmadan yayınırlar. Bəziləri bunu qanunvericiliyi bilməməsi ilə izah edir, bəziləri isə qanunvericiliyi bilə-bilə, inzibatı cəza tədbirlərindən narahat olmadıqlarından bu addımı atırlar”.

F.Talıblı alıçıları diqqətli olmağa çağıraraq onlara sertifkatsız malları almamağı tövsiyə edib.

Onun sözlərinə görə, əgər alıçılar sertifikatsız məhsul almasalar, sahibkarlar da qanunvericiliyin tələblərinə uyğun olaraq, akkreditasiya olunmuş orqanlarda öz məhsullarının keyfiyyətini yoxladıb satışa çıxararlar.

Yeni il atrubutları, bəzəkləri ilə bağlı bazardakı hazırki vəziyyəti dəyərləndirən komitə səlahiyyətlisi qeyd edib ki, ümumilikdə bazarda keyfiyyətli mallar üstünlük təşkil etsə də, keyfiyyətsiz mallar da var.

F.Talıblı qeyd edib ki, Azərbaycana keyfiyyətsiz Yeni il bəzəklərinin əksəriyyəti Çindən gətirilir.

Bu sahədə nəzarət tədbirlərini həyata keçirdiklərini deyən F.Talıblı əlavə edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırıldığından bu məsələ ilə bağlı yoxlamalar hər hansı şikayətçinin müraciəti əsasında aparıla və müvafiq tədbirlər həyata keçirilə bilər. Lakin indiyədək Yeni il atributları ilə bağlı komitəyə heç bir şikayət daxil olmayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Trend-ə bildirib ki, Nazirlər Kabinetinin 443 saylı qərarına uyğun olaraq, uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısına daxildir. Bu mallar ölkənin əmtəə bazarına daxil olmamışdan əvvəl partiyalardan nümunələr götürülərək yoxlanılmalı, sertifikatlar verildikdən sonra satışa çıxarıla bilərlər: "Lakin bu sahədə problemlər var. Oyuncaqlar, o cümlədən Yeni il oyuncaqları, Yeni il bəzəkləri, yolkaları harada gəldi satılır. Yeni il bu malları alan alıçılar onların sertifikatlarını tələb etməlidirlər”.

Ekspert qeyd edib ki, əhali yolkaların əsasən plastik materaildan hazırlanmasını nəzərə almalıdır. Istehlakçıları diqqətli olmağa çağıran E.Hüseynovun sözlərinə görə, əgər yolkalar və oyuncaqlar əl sürtülən zaman rəng verirsə, onlardan pis qoxu gəlirsə, həmin malları almaqdan imtina etmək lazımdır: "Oyuncaqların keyfiyyəti ilə də bağlı problemlər var. Həmin oyuncaqlar əksər hallarda yoxlanılmır. Uşaqlar oyuncaqları əllərinə aldıqda rəngləri çıxır. Bu, uşaqlarda zəhərlənmə də yarada bilər. Ölkəmizə belə oyuncaqlar əsasən, Çindən, Dubaydan, Türkiyədən, Tailanddan idxal edilir”.

Birlik sədri işıq bəzəkləri ilə bağlı daha ciddi problemlərin olduğunu da qeyd edib. O əlavə edib ki, işıq bəzəklərində qısaqapanma ehtimalı çox yüksək olur: "İşıq bəzəkləri yolkaların üstünə salınır. Bəzi hallarda yolkaların altına pambıq qoyurlar. Bu bəzəklərdən qısaqapanma qısa zaman ərzində baş verir. Ona görə də bir an belə, onları diqqətsiz qoymaq olmaz. Mən 31 dekabrda bütün ailənin evsiz-eşiksiz qalmasını görmüşəm”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol