• $
  • €
  • ₽
  • ₺
  • £

Sputnik Azərbaycan Milli Net müsabiqəsində qalib oldu

Sputnik Azərbaycan Milli Net müsabiqəsində qalib oldu
18.12.2015 15:35
Sputnikin mətbuat katibliyi - Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun xəbər portalının Azərbaycan dilində versiyası "Media və informasiya" nominasiyası üzrə Milli Net Milli İnternet Mükafatının laureatı olub. Münsiflər bu nominasiyada təqdim olunmuş yeddi layihəni məzmunu, dizaynı və funksionallığı üzrə qiymətləndiriblər. Nominasiya iştirakçıları arasında Ölkə.az informasiya agentliyi 1-ci, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu (Sputnik.az) 2-ci, informasiya texnologiyaları yeniliklərini təqdim edən technews.az 3-cü yeri qazanıb.

Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev agentliyin bu uğuru haqda deyib: "Milli Net müsabiqəsində uğur əldə etmək Azərbaycanda hər bir internet resursun arzusudur. Bu mükafat Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun fəaliyyətinin yüksək keyfiyyətini təsdiq edir. Sputnik Azərbaycan video, foto, infoqrafika kimi müxtəlif formatlardan istifadə edib aktual yerli və beynəlxalq mövzular üzrə bütün fikir müxtəlifliyini oxucularına təqdim edir".

Bütövlükdə müsabiqənin son qiymətləndirmə mərhələsində 14 nominasiya üzrə mədəniyyət, informasiya, əyləncə və digər sahələri əhatə edən 97 layihə iştirak edib.

Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edilir.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri  özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol