• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Dənizə neft dağılmayıb

Nazirlik: Dənizə neft dağılmayıb
18.12.2015 16:16
"Günəşli" yatağındakı 10-cu özüldə baş verən yanğının ətraf mühitə təsiri ilə əlaqədar aparılan təhlillər onu göstərib ki, Xəzər dənizində neft çirklənməsi yoxdur.

Trend-in məlumatına görə, bunu hazırda 10-cu özüldə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov nazirliyin bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərlə qurulan canlı bağlantı zamanı deyib.

M.Qəmbərov qeyd edib ki, ETSN-nin mütəxəssislər qrupu hazırda 10 saylı dərin özülün ətrafında müşahidələr aparırlar: "Hər hansı ekoloji çirklənmə olarsa, bu barədə məlumat veririk. Müxtəlif informasiya agentlikləri bu gün müəyyən ajiotaj yaradaraq mövcud vəziyyəti şişirdirlər".

M.Qəmbərov qeyd edib ki, 10 saylı dərin özüllərdə 28 işlək quyu olub. 21 quyu qaz-neft üsulu ilə işləyib. Nazirlik rəsmisinin sözlərinə görə, quyular fantan üsulu ilə işləsəydi, onun ekoloji fəsadı ola bilərdi: "Yanan da qaz quyuları olub. Bu gün atmosferimiz müəyyən çirklənməyə məruz qalır, amma dənizə neft dağılmayıb. Çünki neft sızması mümkün deyil. Təhlillər göstərir ki, burada neft çirklənməsi yoxdur".

ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova məlumat verdib ki, artıq iki qaz quyusunda yanğın söndürülüb, 1 quyuda söndürülmək üzrədir: "Bu gün yanan 4 qaz quyusudur. Yanan qaz olub, yanma prosesində karbohidrogenlərin hamısı yanmaya məruz qalır. Hələ ki, neft axıntısı yoxdur. Amma 10 gün sonrakı günlər üçün heç kim sığortalanmayıb. Bu gün üçün dəniz faunası üçün bir problem yoxdur. Viziual müşahidələr hər gün aparılır".

M.Avazova qeyd edib ki, neftlə çirklənmə sovet dövründə daha çox olub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol