• $
  • €
  • ₽
  • ₺
  • £

Nardaranlılara kompensasiya veriləcək

Nardaranlılara kompensasiya veriləcək
18.12.2015 16:30
Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək.

Bunu Trend-ə açıqlamasında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı sənədlər toplanılır. A.Nəcəfli qeyd edib ki, bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək: "Bütün işlər qanunvericiliyə uyğun aparılır. Sənədləşdirmə işləri Sabunçu Rayon İcra Hakimiyyəti və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Sənədləşdirmə zamanı mülkiyyətləri genişləndirilən yolun ərazisinə düşən əmlak sahibləri sözügedən məsələlərlə bağlı məlumatlandırılır”.

Kompensasiyanın tənzimlənmə mexanizmindən danışan A.Nəcəfli vurğulayıb ki, Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır: "Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir. Sənədləşdirmə prosesi notarial qaydada aparılır".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol