• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir doğulmamış qız uşaqlarının tələf edilməsindən danışdı

Nazir doğulmamış qız uşaqlarının tələf edilməsindən danışdı
18.12.2015 21:07
"Azərbaycanda cins bərabərliyinin pozulması prosesi müşahidə olunur".

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Ağdaşda vətəndaşları qəbul edən S.Müslümov jurnalistlərə açıqlamasında deyib ki, dünyada qəbul olunmuş tibbi normalara görə, hər yüz doğulan qız uşağına görə 105-106 oğlan uşağı normal hal sayılır: "Bu da onunla bağlıdır ki, oğlanlar daha az dözümlü olduğuna görə 5-6 və sair yaşa qədər, ondan sonrakı yaşların özündə də oğlanların həm müxtəlif hadisələrlə bağlı - hansısa savaş, müharibə oldu əlbəttə ki, oğlanlar gedir, onlara bir şey olur. Ehtimal daha çox olduğuna görə 105-in həmin o 100-lə tarazlaşması baş verir.

Ona görə də bu mövcud normativdir. Təəssüflər olsun ki, son zamanlar Azərbaycanda 1990-cı ildən sonra bu proses başladı, hazırda da davam edir və mən deyərdim ki, pik nöqtəsinə çatıb. Hər 100 doğulan qız uşağına 117 oğlan uşağı düşür. Bu, dünyada Çin Xalq Respublikasından sonra ikinci göstəricidir. Orda 100 qız uşağına 120 oğlan uşağı düşür".

Nazir qeyd edib ki, doğulmamış qız uşaqlarını abort yolu ilə tələf etmək həm mənəviyyata, həm milli mentalitetə ziddir: "Ona görə də düşünürəm ki, hər kəs, Azərbaycan Respublikasının vətəndaşları bilməlidirlər ki, gələcəkdə millətin genefondunun pozulmaması üçün cins nisbətinin pozulması məsələləri təcili şəkildə ortadan qaldırılmalıdır. Bu, təkcə dövlətə aid olan məsələ deyil, eləcə də millətə aid olan məsələdir.

Heç kəs razı olmaz ki, iyirmi ildən sonra onun oğlu evlənməyə qız tapmasın, gedib kənar ölkələrdən, başqa millətlərdən qız axtarmalı olsun? Ona görə də hər kəs bunu dəqiq şəkildə anlamalıdır" (APA TV).

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol