• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərin maaşı artırılacaq - Video

Müəllimlərin maaşı artırılacaq - Video
18.12.2015 23:49
Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən bütün müəllimlərin əməkhaqları artırılacaq. Diaqnostik qiymətləndirmə son olaraq dekabr ayının 24 və 27-də Gəncə şəhərində keçiriləcək. Bununla da qiymətləndirmədən keçən 60 mindən çox müəllimin əməkhaqları artırılacaq. Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin də əməkhaqları 2016-cı ilin yanvar ayının 1-dən artırılacaq.

Bunu Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov "XəzərXəbər"-ə açıqlamasında bildirib.

"Təxminən 60 min nəfərdən artıq müəllimimiz yeni qaydalarla əməkhaqqı alacaq. Hansı ki, bu əməkhaqqılar qeyd etdiyim kimi cənab prezidentin müvafiq sərəncamı ilə artırılacaq. Söhbət 30 mini Bakı şəhərində, 30 mini isə digər bölgələrimizdə olan müəllimlərimizin əməkhaqqısının artırılmasından gedir”.

Cəsarət Valehov qiymətləndirmənin necə aparılacağından da danışıb.

"Bu qiymətləndirmədən mən 60 mümkün baldan 55 bal toplamışam. Deyə bilərəm ki, burda sosial ədalət prinsipi gözlənilir. Çünki hər bir müəllim öz biliyinə bacarığına uyğun əməkhaqqı alacaqdır. Yəqin ki, ədalətli olar və hər bir müəllim öz zəhməti müqabilində əməkhaqqı alar. Aşağı əməkhaqqı alan müəllimlərdə yəqinki, çalışar yuxarı səviyyə çatsın. Buda müəllimin pedaqoji qabiliyyətini ustalığını bir daha artıracaq”.

Diaqnostik qiymətləndirmə tədbirləri noyabr və dekabr aylarından başlayaraq 3 böyük şəhərdə və 9 rayonunda keçirilib. Diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlərin taleyi isə yaxın vaxtlarda Təhsil Nazirliyində müzakirə olunacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol