Xərçəngdən əziyyət çəkən jurnalist dünyasını dəyişdi

ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova vəfat edib.
"Report”un xəbərinə görə, bu barədə M.Hüseynov məlumat verib.
O, G.Məmmədovanın Quba rayonunda dəfn ediləcəyini bildirib.
Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunmuşdu.
Onun iki azyaşlı övladı var.
Allah rəhmət eləsin!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























